Sarksiyan geri çəkildi Dünya

Sarksiyan geri çəkildi

"İstənilən danışıqlara getməyə hazırıq"

"Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli gündəmdə deyil". Bunu Ermənistan prezidenti Serj Sarkisyan yerli telekanallardan birinə müsahibəsində deyib.
Münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu deyən Sarkisyan Ermənistanın məsələnin həlli üçün istənilən danışıqlara getməyə və görüşlərdə iştirak etməyə hazır olduğunu bəyan edib.
"Hesab edirəm ki, qoşunların təmas xəttində əvvəlki tək gərginlik olmayacaq", deyə Sarkisyan bildirib.