ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək Dünya

ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək

Ankarada Türkiyə və ABŞ rəsmi nümayəndə heyəti arasında 6 saata yaxın davam edən danışıqlardan sonra tərəflər arasında qəbul edilən razılıqla bağlı ortaq açıqlama yayılıb.
Suriyada Fəratın şərqində Türkiyənin başladığı “Barış bulağı” hərbi əməliyyatlarını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir.
13 maddəlik anlaşma belədir:
1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır;
2. Türkiyə və ABŞ Suriyanın şimal-şərqi başda olmaq üzrə meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya gərəkdirdiyini qəbul edir;
3. Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışıyla NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərinə mühafizə edir;
4. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayır;
5. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davam etdirilməsində qərarlıdır. Bu, öncədən İŞİD nəzarətində olan sahələrdə yaşayıb, yerindən qovulan şəxslər ilə saxlama mərkəzləri mövzusunda uyğun şəkildə gerçəkləşdiriləcək koordinasiyaya da aiddir;
6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, silah, avtomobil vasitələrini hədəf alması gərəkdiyinə dair razılaşır;
7. Türk tərəfi Türkiyə qüvvələri tərəfindən nəzarət edilən təhlükəsiz bölgədəki bütün yaşayış sahələrinin sakinlərinin təhlükəsizliyini təşkil edəcəyini öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır;
8. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar;
9. Hər iki tərəf Türkiyənin YPG ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən bir təhlükəsiz bölgə qurulmasının davam edən önəmi və funksionallığında razılaşır;
10. Təhlükəsiz bölgə ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq;
11. Türkiyə tərəfi “Sülh çeşməsi” Hərəkatına təhlükəsiz bölgədən YPG-nin 120 saat içində geri çəkilməsini təmin edən fasilə verəcək. “Sülh çeşməsi” Hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq;
12. “Sülh çeşməsi” Hərəkatına fasilə veriləndə ABŞ “Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” başlıqlı 14 oktyabr 2019-cu il tarixli Prezident qərarnaməsinə müvafiq olaraq həyata keçirilən sanksiyalara əlavələr etməmək və Konqres nəzdində uyğun şəkildə çalışmalar və məsələhətləşmələr yürüdərək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı gərəyincə Suriyada sülh və təhlükəsizliyin təminatıyla bağlı qeyd edilən irəliləməni vurğulamaq barəsində razılaşır. “Sülh çeşməsi” Hərəkatı 11-ci paraqrafa uyğun olaraq dayandırılanda yuxarıda bəhs edilən Prezident sərəncamına müvafiq olaraq həyata keçirilən mövcud sanksiyalar ortadan qaldırılacaq;
13. Hər iki tərəf bu açıqlamada qeyd edilən bütün hədəflərin uyğulanması üçün birlikdə çalışma öhdəliyinə sadiq qalır.
Politoloq Elxan Şahinoğlu Türkiyə lideri Ərdoğan və ABŞ vitse-prezidenti Pens arasında Suriya məsələsi ilə bağlı razılaşmaya münasibətində qeyd edib ki, Amerikanın bir qrup tanınmış konqresmeni Ağ Evlə Ankara arasındakı Suriya ilə bağlı bugünkü razılaşmanı qəbul etmədiklərini bildiriblər.

Politoloq vurğulayıb ki, terrorçu PKK uzantıları olan YPG və PYD təmsilçiləri də oxşar açıqlama veriblər.
“Başqa sözlə Ağ Ev sahibinin Ankaraya verdiyi vəd heç nəyi həll etmir. Türkiyə yoluna davam etmək məcburiyyətində qalacaq”, - E.Şahinoğlu bildirib.
Qeyd edək ki, az öncə ABŞ vitse-prezidenti Penslə Ərdoğan arasında Türkiyədə keçirilən görüş müsbət nəticələnib. Razılaşmaya görə, Türkiyə "Sülh çeşməsi" əməliyyatına 120 saatlıq fasilə verib, bu müddətdə isə təhlükəsizlik zonasından YPG-nin çıxarılması və ağır silahların bu terror təşkilaından geri alınmasını ABŞ öz üzərinə götürüb.
Onu da qeyd edək ki, Donald Trampla Rəcəb Tayyib Ərdoğanın əldə etdiyi razılaşma ABŞ mediasında geniş müzakirələrə səbəb olub.
Birləşmiş Ştatların aparıcı qəzetlərindən olan “Washington Post” və “New York Times”ın razılaşma ilə bağlı yazdığı başlıqlar diqqət çəkib.
“Washington Post” xəbəri “Ərdoğanın istədiyi oldu” başlığı ilə təqdim edib. Yazıda "Türkiyə Suriyanın şimalında təhlükəsiz bölgə və PKK/YPG-nin oradan çıxarılmasını istəyir", "Razılaşma ilə birlikdə ABŞ Türkiyənin bu tələbini qəbul etdi” deyilir.
“New York Times” nəşri isə mövzuya daha maraqlı yanaşaraq xəbəri “Türkiyənin Trampa qarşı zəfəri” başlığı ilə dərc edib. Davamında isə "Razılaşmanın qalibi ABŞ deyil, Rusiya, İran, Türkiyədir" yazılıb.
Digər tərəfdən ABŞ-ın qabaqcıl senatorlarından olan və Türkiyəyə qarşı sərt mövqeyi ilə yadda qalan Lindzi Qraham razılaşmaya şans verilməli olduğunu deyib. O, Türkiyə və ABŞ hökumətinin bu 120 saat ərzində necə davranacağına baxmaq və müddəti dəyərləndirmək lazım olduğunu vurğulayıb.
Beləliklə, Vaşinqtonda media Türkiyənin bu razılaşmadan qazanclı çıxdığı qənaətindədir.