

“Suxoy Mülki Təyyarələr” şirkətinin cari ildə təyyarə tədarükü 30% azalacaq.
Bu məlumatı “Vedomosti” qəzeti yayıb. Məlumata görə, cari ildə şirkət cəmi 15 “Suxoy Superjet 100” təyyarəsini sifarişçilərə tədarük edəcək.
Qeyd edək ki, bundan öncə “Kommersant” qəzeti rus şirkətinin bu ilin ilk 9 ayı ərzində cəmi 1 təyyarə satdığı haqqında məlumat yaymışdı. Qəzet həmçinin şirkətin gəlirinin 4,5 dəfə azalaraq, 6,14 milyard rubla düşdüyünü bildirmişdi.