Türkiyə ilə Rusiya arasında imzalanan sənəd Suriyada nəyi dəyişəcək? Dünya

Türkiyə ilə Rusiya arasında imzalanan sənəd Suriyada nəyi dəyişəcək?

"Hər bir dövlətin marağı olduğu kimi Rusiyanın da Suriyada özəl maraqları var. Suriya ilə bağlı problemlər həll olunduqdan sonra orada mühüm strateji əhəmiyyətə malik olan dövlətlərdən biri məhz Rusiya olacaq”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, Rusiyanın Suriyada olması ABŞ-ı razı sala bilməz.
Onun sözlərinə görə, lakin Türkiyə ilə müştərək imzalanan müqavilədən də məlum olur ki, Rusiya NATO qoşunlarına dolayı yolla nəzarət etməyə, birgə patrul fəaliyyətini həyata keçirmək istəyir: “ Rusiya öz məqam və məqsədinə çatmaq üçün həmin ərazidə nüfuz sahibi olmaq və nəzarəti ələ keçirməyə çalışır”.
A.Nağıyev söyləyib ki, Türkiyə ABŞ-ın məhz nəzarətində olan br sıra qruplaşmalara qarşı Rusiyadan istifadə edə bilər: “ABŞ-a maraqlı olan məsələ PKK və YPG təslim olub Suriyanı tərk etdikdən sonra yerdə qalan silahların kimə təhvil verilməsidir. Düşünmürəm ki, əsas memorandumda bu məsələ öz həllini tapıb. Çünki Suriya ilə bağlı hərənin öz marağı, nüfuz dairələrində olan xüsusi qruplaşamaları var. Sadəcə hər bir dövlət Suriya ilə bağlı məsələdə öz marağından istifadə edir”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır.