Ukraynada matəm elan olundu Dünya
İğtişaşlarda ölənlərin sayı 28-ə çatdı, onların sayının artacağı istisna olunmur
Bir neçə regionda Yanukoviç hakimiyyətinin fəaliyyəti dayandırılıb
Cavid
Ukrayna paytaxtında etiraz aksiyası keçirənlərlə güc strukturları arasında srağagündən başlayan şiddətli qarşıdurma davam edir. Ukrayna KİV-ləri bildirir ki, Ukraynanın Səhiyyə Nazirliyi qarşıdurmalar zamanı 200-dən çox adamın müxtəlif xəsarətlər aldığını, onların 100-dən çoxunun xəstəxanalara yerləşdirildiyini, ən azı 27 nəfərin öldüyünü xəbər verib.
Ukrayna prezidenti Viktor Yanukoviç isə müxalifətin sərhədləri aşdığını, insanları silaha sarılmağa çağırdıqlarını bəyan edərək, müxalifət liderlərinin buna görə məhkəmədə cavab verəcəkləri ilə hədələyib.
Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyətlə bağlı anlaşma əldə edə bilməyiblər. Müxalifətdə olan "Udar" partiyasının lideri Vitali Kliçko mətbuata açıqlamasında bildirib ki, V.Yanukoviç baş verənlərə yetərli reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır. Çünki baş verən hadisələrdə çoxlu sayda insan tələfatı var. Görüşdə bunu Yanukoviçə də bildirdim".
Kliçko qeyd edib ki, qanlı toqquşmalar davam edən müddətdə heç bir barışıqdan söhbət gedə bilməz: "Onun dediyi tək şey o idi ki, müxalifət liderləri insanları Maydanda qarşıdurmanı dayandırmağa və silahı yerə qoymağa çağırsın.
Hesab edirəm ki, hakimiyyət güclərini cəld olaraq geri çəkməlidir və qanlı qarşıdurmanı dayandırmalıdır, çünki insanlar ölür. Mən bunu Yanukoviçə demişəm, nə qədər ki, qan axır, heç bir danışıqlar ola bilməz. Amma təəssüf ki, onun vəziyyətdən anlayışı yoxdur".
Bnudan başqa müxalifət lideri Kliçko fəalların zorakılıqlardan çəkinməsi üçün müraciət edib.
Xatırladaq ki, son iki gündür Ukraynanın bir sıra şəhərlərində, əsasən də, Kiyevdə hökumətin aksiyalara son qoyulması ilə bağlı tələbi etirazla qarşılanıb.
Ukrayna DİN-in rəsmi saytının məlumatına görə isə, qarşıdurma zamanı 7 milis əməkdaşı da həlak olub.
Xatırladaq ki, 159 milis əməkdaşı xəstəxanalara yerləşdirilib, onlardan 35-nin vəziyyəti ağırdır.
Məlumata görə, "Maydan"a hücumda Donetsk vilayətindən cəlb olunmuş "Berkut" xüsusi təyinatlı polis dəstəsi iştirak edib.
Müxalifət fəallarına isə Lvov şəhərindən də dəstək gəlib. Burada fəallar polis məntəqəsinə hücum edərək binanı ələ keçiriblər.
Ukraynanın paytaxtı Kiyevdə davam edən etirtaz aksiyalarında dünən gecə 2 yol polisi öldürülüb. Rusiya mətbuatının verdiyi məlumata görə, daha bir dövlət müfəttişi də silhalı hücum nəticəsində yaralanıb. Hücum paytaxtın Svyatoşinskiy rayonunda baş verib. İlkin məlumatlara görə, yol polisi xidməti maşınla qaydaları pozanları təqib edib.
"İrəlidə silah səsi eşidildi. İki nəfər yol polisi yerindəcə ölüdürüldü, 3-cünü isə "təcili yardım" maşını ilə xəstəxanaya apardılar. Vəziyyəti ağırdır", - deyə şahidlərdən biri bildirib.
Kiyevdəki xəstəxanada tibbi müdaxilə üçün müraciət edənlərin növbəsi yaranıb. Rusiya mətbuatının verdiyi məlumata görə, bəzi fəallar güllə yarası alıb, bəzisi gözlərindən xəsarət alıb, bəzilərinin isə hətta bəzi orqanları ambutasiya olunub.
Məlumata görə, xəstəxanalar artıq çoxsaylı müraciətlərə cavab verməkdə kifayətsiz qalır. Xəstəxanalara mütəmadi olaraq yeni yaralılar gətirilir.
17 saylı xəstəxanada yaralı əlindən artıq yer qalmayıb. Əgər səhər yaralar yanıq və qumbara səbəbindən idisə, indi vəziyyət dəyişib. İnsanlar yarıhuşsuz halda xəstəxanaya gətirilir. Xəstəxanalarda onlarla ağır yaralı var.
Ukraynanın "Vesti" qəzetinin əməkdaşı Vyaçeslav Veremiy fevralın 19-da odlu silahdan açılan atəş nəticəsində yaralanıb və xəstəxanada vəfat edib.
Ukrayna mətbuatının xəbərinə görə, fevralın 18-də silahlı şəxslər Vyaçeslav Veremiy və həmkarı Aleksey Lımarenkonun mindiyi taksiyə hücum ediblər.
Kaska, maska və kamuflyaj geyinmiş şəxslər işıqforda dayanmış avtomobilə "Molotov kokteyli" atdıqdan sonra onun içindəki adamları döyməyə başlayıblar. Sinəsindən güllə yarası alan jurnalist ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, son bir sutka ərzində Kiyevdə 27 jurnalist xəsarət alıb.
Kiyevdə, qarşıdurmanın davam etdyi ərazidə vəziyyət sabitləşənə kimi metro işlməyəcək. Bu barədə də Ukrayna mətbuatı məlumat verir.
"Yerin altında-eskalatorda, vaqonda hər bir insanın təhlükəsizliyinə əmin olmadan biz metropolitendə qatarların hərəkətini bərpa etməyə ixtiyarımız yoxdur", - deyə şəhər administrasiyasının rəsmisi Makeyenko Kiyev sakinlərinə müraciətində bildirib.
"UNİAN"-ın bildirdiyinə görə, Kiyevdə baş verən iğtişaşla bağlı bir sıra rayonda məktəblərə tətil verilib.
istinadən məlumatına görə, Peçerski, Şevçenkovski, Qoloseeviski və Podolski rayonları məktəblərində tətil elan edilib. Valideynlərə uşaqlarını evdən buraxmamaq tapşırılıb və həmçinin bildirilib ki, onlara onlayn dərs keçirilməsi mümkün olacaq.
Təhlükəsizlik qüvvələri paytaxtın mərkəzinə nəqliyyat vasitələrinin girməsinə qadağa qoyub. Sadəcə trolleybus və ictimai nəqliyyata icazə verilir.
Qeyd edək ki, Odessa şəhərində nümayişçilər milislərin Kiyevə tərəf gedən yolun üzərində barrikadalar qurub.
Ukraynanın Lvov və Ternopol şəhərlərindəki vilayət administrasiyalarının binaları müxalifət qüvvələri tərəfindən ələ keçirilib. Onların əksəriyyəti üzlərinə maska geyinərək giriş qapılarını sındırıblar və içəri daxil olublar. Müxalifət nümayəndələri həmçinin, Ternopol şəhərində daxili işlər nazirliyinin şəhərdə yerləşən binasını da mühasirəyə alıblar.
Ukraynanın paytaxtı Kiyev şəhərində son gün ərzində baş verən qarşıdurmalarla bağlı Avropa Birliyi və ABŞ-ı narahatlıqlarını bildiriblər.
Ukrayna mətbuatının verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın mətbuat xidmətinin rəhbəri Cey Karni jurnalistlər üçün verdiyi brifinqdə deyib ki, Ukrayna prezidenti Viktor Yanukoviç təcili surətdə vəziyyəti stabilləşdirmək üçün müxalifətlə bir masa ətrafında oturmalıdır.
Bu arada mətbuata sızıb ki, Ukrayna prezidenti Viktor Yanukoviç ABŞ-ın vitse-prezidenti Jozef Baydenlə telefonla danışıb. Bu informasiyanı Ukraynanın lb.ua saytı yayıb. Telefon danışığının detalları və nəticəsi haqda məlumat verilmir.
Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissiyasının sədri Ketrin Eşton Ukraynada cərəyan edən hadisələrlə bağlı narahatlığını ifadə edib. Eşton rəsmi Kiyevi zorakılıqlardan çəkinməyə çağırıb. O bildirib ki, hökumətin aksiyaların qarşısını güc tədbiq edərək alacağı bəyanatı arzuolunmaz nəticələr doğura bilər.
Kanada hökuməti də Kiyevdəki etirazçıların tibbi ehtiyaclarını qarşılayacağını bildirib. Hökumət Ukraynada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan Ukrayna Renesans Fonduna məbləği açıqlanmasa da, maliyyə yardımı yolladıqlarını bəyan edib.
Az öncə Ukraynadakı hadisələrlə bağlı bu ölkənin "Kanal 5"-də keçirilən canlı tok-şouya ABŞ-dan qoşulan Mixail Saakaşvili şok açıqlamalar verib. Saakaşvili ilk dəfə olaraq Ukrayna prezidenti Biktor Yanukoviçi açıq formada tənqid edib və onu "Rusiyanın yedəyində gedən prezident" adlandırıb.
O, Rusiyanı ölkələrin anklavlarına pasport payladığını, Kiyevdə iğtişaşlara start verməkdə suçlayıb. Saakaşvili həmçinin açıq şəkildə bildirib ki, Putin Kiyevin mərkəzi küçələrində qan tökülməsinə icazə verməsi üçün Yanukoviçə 2 milyard pul ödəyib. Putini cəllad adlandıran Saakaşvili tərəfləri qardaş qanı tökməkdən çəkinməyə çağırıb.
Artıq Ukraynada baş verən toqquşmalarda ölənlərin xatirəsinə matəm elan edilib. Bu barədə ölkə prezidenti Viktor Yanukoviç əmr imzalayıb. Fevralın 20-i bütün ölkədə matəm elan edilib. Matəm günü ölkə ərazisində bütün dövlət idarələrində, təşkilatlarda və evlərdə bayraqlar yarıya kimi ediriləcək. Bütün əyləncəli konsert proqramları, idman yarışları ləğv edilib. Bundan əlavə teleradio proqramlarında da müvafiq dəyişiklər ediləcək.