“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq vəfaciə salnaməsi
Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb
Belçika səfirliyi: Azərbaycan öz müstəqilliyini bərpa etmək yolunda qətiyyətli bir yol keçib
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib
10 Dekabr 2019 14:14
2 212
Ermənistan məhkəməsi Rusiyanın ORSİS silah şirkətinin qara siyahıdan çıxarılması ilə bağlı qərar verib.
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında şirkətin vəkili Aleksandr Sirunyan deyib.
Qeyd edək ki, Ermənistanın silah tədarükçülərindən olan ORSİS İrəvanın qara siyahısına Müdafiə Nazirliyinin təşkil etdiyi bir neçə milyonluq tenderdən dərhal sonra daxil edilmişdi. Belə ki, tenderdə iştirak üçün 2019-cu ilin mayında şirkətin müraciəti qəbul edilsə də, sonradan tender gözlənilmədən ləğv edilmişdi.
Ermənistan Müdafiə Nazirliyinin bu addımı şirkətin qəti etirazına səbəb olmuşdu. Bundan sonra Ermənistanın qara siyahısına daxil edilən şirkət məhkəməyə müraciət etmiş və tezliklə məsələ ilə bağlı cinayət işinin açılmasına nail olmuşdu. Üstəlik, məsələnin böyüməsi Moskvanın İrəvana nota verməsinə səbəb olmuşdu.
Bu məsələ ilə əlaqədar başqa bir məqam isə İrəvana bir neçə il ərzində silah, patron, optik cihazlar tədarük edən ORSİS-dən Müdafiə Nazirliyinin əsassız şəkildə bir neçə yüz min dollarlıq ödəniş tələb etməsi olmuşdu. Üstəlik, ORSİS məhz bununla əlaqədar Ermənistanda patron zavodu tikmək planlarının təhlükə altında olduğunu açıqlamışdı.