Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr
14 Yanvar 23:55
14 Yanvar 23:55
14 Yanvar 23:50
14 Yanvar 23:49
14 Yanvar 23:47
30 Dekabr 2019 13:40
3 759
ABŞ-ın Kaliforniya ştatında keçirilən məhkəmə 1982-ci ildə Türkiyənin Los Ancelesdəki konsulunu qətlə yetirən ASALA üzvü Hampiq Sasunyanın azadlığ buraxılması barədə müraciətinə müsbət cavab verib. Ömürlük həbs cəzası alan Sasunyanın azadlığa buraxılması məsələsi bir neçə dəfə qaldırılsa da, məhkəmə tərəfindən rədd edilmişdi. İttiham aktı 1982-ci il yanvarın 28-də konsul Kamal Arıkanın qətlinin Sasunyan tərəfindən milli nifrət zəmnində törədilməsini sübut etmişdi.
Türkiyə XİN-i qərarı pisləyib və ASALA üzvünün azadlığa çıxmasının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edəcəyini açıqlayıb. Hampiq Sasunyan 1963-cü ildə Livanın paytaxtı Beyrutun erməni məhəlləsində anadan olub. ASALA üzvü olan Sasunyan 1982-ci il yanvarın 28-i saat 9:40-da Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı Uilşir bulvarında olarkən maşınında güllələmişdi. O vaxtı ABŞ prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandırmışdı. 2006 və 2010-cu illərdə Hampiq Sasunyanın həbsdən çıxamq üçün müraciətləri Kaliforniya məhkəmələri tərəfindən rədd edilmişdi.
14 Yanvar 23:27
609
14 Yanvar 15:36
1 134
14 Yanvar 14:07
1 176