Avstraliyadakı yanğının dumanı Cənubi Amerikaya çatdı Dünya

Avstraliyadakı yanğının dumanı Cənubi Amerikaya çatdı

Avstraliyada hökm sürən meşə yanğınlarının tüstüsü Çili və Argentinaya çatıb.
Bu barədə Çili Meteoroloji Xidməti Tvitterdə məlumat yayıb.
Mütəxəssislər peyk vasitəsilə çəkilmiş fotoşəkilləri də təqdim ediblər.
Qeyd edək ki, ötən ilin oktyabrından etibarən Avstraliyanın şərq sahillərini iri miqyaslı yanğınlar bürüyüb. Nəticədə 6,5 milyon hektar meşə, 2000 yaxın yaşayış evi və 3000 inzibati və təsərrüfat tikilisi məhv olub. 2019-cu ilin fevralından etibarən yanğınlarda 25 nəfər, o cümlədən üç yanğınsöndürən həlak olub.