ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
31 Yanvar 2020 12:34
3 983
“Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyət İstanbul konvensiyasi ilə də birbaşa bağlılığa malikdir. Bunların sorosçuların timsalında ən güclü köməkçiləri var. Sorosçular Avropada bunların lehinə işləyirlər və vəziyyətimizi çətinləşdirirlər. Hələ sorosçuların Ermənistanı işğal etdiyini demirəm”.
Erməni KİV xəbər verir ki, bunu yanvarın 29-da mətbuat konfransı zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun sabiq müavini Qurqen Yeğiazaryan deyib.
O qeyd edib ki, sorosçular hakimiyyətdə ən ciddi faizi təşkil edirlər, onlar hər yerdədirlər.
“Məsələn, oğlanların üzərinə hücuma baxın, bu oğlanlar Sorosa qarşıdırlar”, - deyə Yeğiazaryan bildirib.
Ermənistan MTX direktorunun sabiq müavini, həmçinin Robert Köçəryan haqqında dadanışıb.
“Nikol, bil ki, hər şey bumeranqdır. 2008-ci ildə bizi götürəndə, evlərimizi axtaranda, həbsxanadan çıxdıqdan sonra dedim: “Serj, yanıldın, bu, bumeranqdır, sabah ədalətsiz olsa belə sənin arxandan gələcəklər”. İndi bunu deyirəm. Robert Köçəryan insandır, onu həbsxana ilə qorxutmayacaqsınız, lakin presedent yaranır, sabah bumeranq sənin arxandan gələcək, Nikol. Nə əkərsən, onu da biçərsən”, - deyə o bildirib.
14 Mart 09:21
1 435
14 Mart 09:20
1 316
14 Mart 09:19
1 281