“Rusiya Türkiyəni itirsə, Yaxın Şərqi birdəfəlik itirəcək” Dünya

“Rusiya Türkiyəni itirsə, Yaxın Şərqi birdəfəlik itirəcək”

Politoloq:“Türkiyə Rusiyanın "ən müasir" HMS sistemlərinin real döyüş şəraitində mənasız oyuncaq olduğunu ortaya qoydu”

Siyasi analitik Turab Rzayev Türkiyə prezidenti Ərdoğanın Rusiyada həmkarı Putin tərəfindən qarşıalnma anında baş verən hadisələri şərh edib.
Onun fikrincə, Amerika daha əvvəl eyni səhvi etmişdi. Artı öz daxili və xarici siyasətində çıxılmaz vəziyyətə düşən İran təkbaşına Rusiyanın Yaxın Şərqdəki planlarına dəstək vermək gücündə deyil. Daha əvvəl də dediyim kimi: "Bu 2 ölkənin yerləşdiyi məkanda hər zaman Türkiyənin istədiyi olmaya bilər, hər zaman İranın istədiyi də olmaya bilər, amma hər ikisinin istəmədiyi çətin ki ola bilsin."
İndi isə baxaq görək son günlər Rusiya ilə Türkiyə arasında hansı gərginliklər müşahidə olunur.
Hamının Türkiə ilə Rusiya arasında münasibətlərin normallaşdığını düşündüyü bir vaxtda, Putin Ərdoğanı beldən aşağı vurdu. Ölkənin bütün televiziya kanalları vasitəsilə və sosial mediada Ərdoğanın Putini görüş üçün 2 dəqiqə gözləməyi tirajlandı. Bu hərəkət Türkiyəni o qədər hiddətləndirdi ki, hətta Türkiyə xarici işlər naziri Çavuşoğlu təzyiqi azaltmaq üçün xüsusi açıqlama ilə çıxış edərək, məqsədin Ərdoğanı təhqir etməmək olduğunu bildirdi. Bəs Putinin bu videodan xəbəri yoxdur və o bunu həm də özünə qarşı hörmətsizlik kimi qəbul edir. Əlbəttə ki, Peskovun adından edilən bu açıqlama sadəcə gülüş doğurdu. Çünki bunu sübut edəcək, nə səs, nə video, hər hansı bir material və ya rus tərəfinin rəsmi açıqlaması ortada görünmürdü. Və əlbəttə ki, Rusiyanın informasiya silahları olan “Russia Today” və “Sputnik”in bu videoları Putinin iradəsinin əksinə olaraq bol-bol tirajlaması mümkün deyildi. 34 əsgərin həlak edilməsinin üstündən nisbi sükutla keçən, Rusiyanı birbaşa hədəfə qoyaraq münasibətləri birdəfəlik qırmaq istəməyən Ərdoğan isə bu dəfə birbaşa şəxsinə yönəlmiş təhqiri bağışlamadı. Üstəlik videonun qurma olduğu ortaya çıxdı. Belə ki, əslində gözləmə müddəti 2 dəqiqə deyil, 40 saniyə çəkmişdi və montajla uzadılmışdı. İkincisi isə, Ərdoğan görüşə gələrkən qəsdən zalın girişində 40 saniyəlik basabas yaradılmışdı ki, indi bu basabasın məhz bu montajı ərsəyə gətirmək üçün yaradıldığı aydın olur. Nəhayət ki, Ərdoğanı özündən çıxarmaq mümkün oldu. Belçika səfərindən qayıdan kimi, o Türkiyə pilotsuz aparatlarının Suriyada ən müasir "dünyada analoqu olmayan" rus HMS "Pantsir"lərdən düz 8-ni məhv etdiyini açıqladı. Aydındır ki, Türkiyə tərəfi türk pilotsuzları ilə məhv edildikdən sonra onsuz da reputasiyası ciddi zədə görmüş rus hərbi texniki sənayesini alçaltmamaq, daha da nüfuzdan salmamaq üçün bu məlumatları paylaşmırdılar. Türklər hələ də münasibətləri isti saxlamağa üstünlük verirdilər, amma Rusiyanın rəsmi səviyyədə Ərdoğanı təhqir etməsi, kompromat yayması Türkiyə prezidentini özündən çıxardı. Ardınca türklər öz pilotsuz aparatlarının "Pantsir" HMS ovladıqlarının videolarını yaymağa başladılar və bununla bütün dünyaya Rusiyanın "ən müasir" HMS sistemlərinin real döyüş şəraitində mənasız oyuncaq olduğunu ortaya qoydular.
Ərdoğan faktiki olaraq Rusiyanın "Pantsir" və aydın məsələdir ki, daha köhnə HMS sistemlərinin dünya silah bazarında satışına olan bütün ümidləri öldürdü. Artıq özünə hörmət edən heç bir ölkə bu sistemlərə milyonlarla, milyardlarla vəsait xərcləməyəcək. Ərdoğan öz intiqamını, onsuzda çətin maliyyə vəziyyətində olan Rusiyanı həm maliyyə cəhətdən sıxmaqla, həm də Tesla yarada bilməsə də, İsgəndər yaratmaqla fəxr edən Putinin silah sənayesinin nüfuzunu aşağı salmaqla aldı. Bundan başqa artıq Türkiyə hərbi və siyasi elitasında Rusiyaya dərin etimadsızlıq formalaşıb. Türkiyədə Moskva müqaviləsinin də, Rusiya üçün vaxt udmaq cəhdi olduğunu, Soçi müqaviləsi ilə eyni aqibəti yaşayacağını düşünürlər. Bunu Türkiyənin Suriyadakı hərbi addımlarının davamlılığında da görmək olur. Sülh müqaviləsi imzalanar imzalanmaz, Tütkiyə hökuməti Suriyadakı hərbi gücünü dayanmadan artırmağa başlayıb. İdlib razılaşması imzalandıqdan sonra Türkiyə Sillahlı Qüvvələri İdlib və Hələb vilayətlərinə ən azı əlavə olaraq 750 hərbi texnika (əsasən tanklar, artilleriya, BMP və BTRlər) göndəriblər. Bir çox mənbələrdə əsaəsn Özəl Qüvvətlərə aid 9200-dən çox türk əsgərinin bu vilayətlərdə məskunlaşdığı göstərilir. Eyni vaxtda Türkiyə ordusu Suriya sərhəddinə əlavə qüvəələr cəmləşdirməyə davam edir. Bu da yaxın vaxtda Suriyadakı türk hərbi varlığının azalacağını deyil, artacağını göstərir. Rusiya Türkiyəninin müttəfiqliyini və inamını itirsə, bölgədə həyati əhəmiyyətli mövcudluğu böyük təhlükəyə girəcək. Görəsən o montajı yayımlayanda bunları hesablamışdılarmı?