Dünyada koronavirusdan ölənlərin sayı 165 mini ötüb Dünya

Dünyada koronavirusdan ölənlərin sayı 165 mini ötüb

Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 165 mini keçib.
APA-nın “worldometers” saytına istinadən verdiyi məlumata görə, dünya üzrə koronavirusa yoluxanların sayı 2 407 415 nəfərə çatıb, ölənlərin sayı isə 165 073 nəfər təşkil edir.
COVİD-19-dan 625 202 nəfər sağalıb.