15 Yanvar 15:09
15 Yanvar 14:21
30 Aprel 2020 08:45
3 745
Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan çərşənbə günü müxalifçi bloqer Artur Danielyanla mübahisə zamanı başı ilə onun sifətinə zərbə endirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, tərəflər arasındakı davanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, vitse-spiker bloqerin söyüş söyməsindən sonra bu addımı atmağa məcbur olub.
Parlamentdə hakim "Mənim addımım" bloku hadisəni təsdiqləyib.
Onların hər ikisi tibbi yardıma ehtiyacları olduğunu bildirib.
Hüquq-mühafizə orqanları parlamentdə baş verən sözügedən hadisəyə münasibət bildirməkdən imtina edib.
15 Yanvar 22:34
1 022
15 Yanvar 22:31
938
15 Yanvar 21:42
1 036