Rusiya iqtisadiyyatı diz üstə Dünya

Rusiya iqtisadiyyatı diz üstə

Kreml "qocalığa görə" pensiya sistemini ləğv etməyi düşünür

Cavid

Ukraynanı işğal edən Rusiya beynəlxalq saknsiyalardan əziyyət çəkir. Ekspertlərin qənaətincə, Rusiya Ukrayna ilə müharibədə hər gün 2 milyon dollar xərcləyir. İqtisadi artım aydan-aya geriləyir, bu isə rəsmi Moskvanın xarici borcunun artması ilə nəticələnir.
Ölkənin Mərkəzi Bankının məlumatına görə, Rusiyanın ikinci rübə olan xarici borcu 5,1 miyard dollar artaraq ümumilikdə 720,9 miyard dollar təşkil edib. Məlumatda bildirilir ki, bank sistemində müəyyən irəliləyiş olsa da, qeyri-bank sistemində ciddi geriləmə var və bu seqmentdə xarici borc 2,2 faiz artaraq 443 milyard dollar təşkil edib. Dövlət müəssisələrində də eyni vəziyyətdir. İlin ikinci rübünün göstəricilərinə əsasən, bu sahədə xarici borc 1 miyard artaraq, 54,6 miyard dollar təşkil edib.
Qeyd edək ki, Avropa Birliyi Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib. Sonuncu dəfə sentyabrın 12-də Avropa Birliyinin Rusiyanın hansı şirkətlərinə qarşı sanksiyalar paketi tətbiq etməsi haqqında informasiya yayılıb.
Sənəddə göstərilir ki, sanksiyalar 5 banka, 3 neft şirkətinə, Müdafiə Nazirliyinə tabe olan 9 şirkətə tətbiq edilir. Bundan sonra Avropa Birliyi "Uralvaqonzavod", "Oboronprom", "OAK" Aviatikinti Birliyi ilə ticarəti dayandırır. Sentyabrın 12-dən adı siyahıda olan bütün şirkətlərə Avropa məhsullarının idxalı dayandırılıb.
Avropa Birliyi "Rosneft", "Transneft", "Qazpromneft" yanacaq-energetika şirkətləri ilə uzunmüddətli maliyyə yatırımı tələb edən layihələrə də qadağa qoyub. Buna qədər imzalanan müqavilələrə sentyabr ayının sonunda bir daha baxılacaq. Bəzi müqavilələrin birtərəfli qaydada ləğv edilməsi də mümkündür.
Avropa Birliyi "Sberbank", VTB, "Qazprombank", BEB, "Rosselxozbank"la əməkdaşlığa da son qoyur. Bundan sonra Avropa Birliyi bu bankların heç birinə kredit ayırmayacaq, onlarla müddəti 30 günü aşan qiymətli kağız əməliyyatları aparılmayacaq.
Bu iqtisadi sanksiyalarla yanaşı Rusiyanın 24 vətəndaşının adı Avropa Birliyinin "qara siyahısı"na salınıb. Bununla da Avropa Birliyinin sanksiyalar tətbiq edilən vətəndaşlarının sayı 119-a çatıb. Ukraynaya hərbi təcavüzə görə xüsusi məsuliyyət daşıyan bu şəxslərin Avropa Birliyi ölkələrinə giriş-çıxışı dayandırılıb, onların Avropa Birliyindəki bank hesabları dondurulub.
Avropa Birliyinin sanksiyaları qüvvəyə minəndən bir neçə saat sonra Rusiya iqtisadiyyatına təsir etməyə başlayıb.
Kreml çıxış yoluna aramaqdadır. Rusiya saytlarından əldə etdiyimiz məlumatlara görə, Rusiya hətta qocalığa görə pensiyanı ləğv etmək niyyətindədir. Ölkənin Maliyyə Hazirliyi artıq bu haqda fikirləşir.
Üçtərəfli komissiya iclasında maliyyə nazirinin müavini Aleksey Lavrov bildirib ki, 2015-ci ilin yanvarın 1-dən pensiya baza hissəsi azaldılmalıdır. Bu Rusiyanın 2015-2017-ci illər dövlət büdcəsinə az da olsa müsbət təsir göstərə bilər. Maliyyə Hazirliyinin hesablamasına görə, bu proses həyata keçirilərsə, onda dövlət büdcəsi 30,5 milyrdar rubl, 2016-cı ildə 96 milyard rubl, 2017-ci ildə isə 169,9 milyard rubl arta bilər. Hazırda isə pensiya bazası ayda 3-4 min rubl təşkil edir. Baş nazirin müavini Olqa Qoldes isə bu təklifi "antikonistitusion" adlandırıb.
Xatırladaq ki, Rusiyada pensiya üç hissəyə bölünür (baza, sığorta və maliyyə). Əmək naziri Maksim Toplin isə bildirib ki, pensiyanın maliyyə hissəsi ləğv edilsin və bütöv bir hissədə birləşdirilsin. Lakin bununla bağlı müzakirələr də nəticəsiz qalıb.
Qeyd edək ki, hələ Ukrayna ilə münaqişə başlamazdan öncə, Rusiya 2015-ci ildən etibarən tətbiq olunacağı nəzərdə tutulan yeni təqaüd islahatı proqramı hazırlayıb. Yeni təqaüd islahatına əsasən, əmək pensiyası iki müxtəlif formaya ayrılacaq - sığorta (hazırda ödənilən sığorta pensiyasının baza hissəsi) və kumulyativ (toplanan, yığılan). Bir məqam da var ki, 1967-ci ildə doğulan şəxslər yalnız sığorta təqaüdü alacaqlar. Təvəllüdü sonrakı illərə təsadüf edilənlərə isə seçim imkanı veriləcək. Əməkhaqqı fondundan sığorta haqqının şəxsi tarif hissəsinin 6 faizi ya yığım sisteminə (bugünkü kimi), ya da sığorta sisteminin formalaşmasına yönəldiləcək. Bundan əlavə, 2025-ci ildə minimum əmək pensiyası üçün stajın 15 ilədək artırılacağı planlaşdırılır. Halbuki hazırda bu staj 5 il iş təcrübəsi təşkil edir. 2015-ci ildən isə bir il artırılaraq 6 il olacaq.
Pensiyaların hesablanmasında bal, yəni, xüsusi təqaüd kofisenti sistemindən istifadə ediləcək. Ballar əməkhaqqından ödənilən sığorta gəlirinə, iş təcrübəsinə və təqaüd yaşına əsasən hesablanacaq. Ən aşağı hədd 30 bal nəzərdə tutulub.
Bu islahata Rusiya Həmkarlar İttifaqları Federasiyasının (RHİF) rəsmiləri özlərinə məxsus münasibət bildiriblər.
Federasiyanın birinci müavini, Dövlət Dumasının Əmək üzrə Komitəsinin sədri Andrey İsayev deyib: "Yeni təqaüd islahat proqramı hələ 2015-ci ildən tətbiq olunacaq. Bu isə o deməkdir ki, həm hökumətin, həm də qanunverici orqanların sözügedən mövzu ilə bağlı hər bir xırda nüansı geniş şəkildə müzakirə etməyə, qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə və sual altında qalan məqamları cavablandırmağa kifayət qədər vaxt var. Bizi maraqlandıran "zərfdə maaş" deyilən bir anlamdır. Bu məsələ necə həll olunacaq? Əksər idarələrdə "zərfdə maaş" qanuni ödənilən əməkhaqqından kifayət qədər çoxdur. Lakin pensiya yalnız əməkhaqqı üzərində hesablanır, "zərfdə maaş" bura daxil edilmir. Əməkhaqqı az olduğu halda, təbii ki, gələcəkdə ödənilən pensiya da az olacaq. Zənnimcə, yeni təqaüd proqramında bu məsələni də qabartmaq lazımdır. Düşünürəm ki, "zərfdə maaş"ın müəyyən faizi pensiya hesablamalarına təsir göstərsə daha yaxşı olar".
O, "qocalıq pensiyası" termininin "yaşa görə pensiya" termini ilə əvəz olunmasını təklif edib və vurğulayıb ki, bunu dünya təcrübəsindən nümunə kimi də adlandırmaq olar.
RHİF-nin sədr müavini David Kriştalda islahatı ümumilikdə müsbət addım sayır: "Dövlət Dumasına pensiya dəyişikliyi haqda paket planı ötən ilin payız sessiyasında daxil oldu və çox böyük tənqidə səbəb oldu. Buna görə də bu məsələ ilə məşğul olmaq üçün xüsusi işçi qrupu yaradıldı. Qrupa Dumanın vitse-spikeri Aleksandar Jukov başçılıq etdi. Proqram tam işlənildikdən sonra yenidən Dumaya təqdim olundu. Qeyd etməliyəm ki, yaradılan işçi qrup nəzərdə tutulan islahatın yeni variantını çox gözəl işləyib. Biz də həmkarlar ittifaqı olaraq proqramın müəyyən bəndlərinin dəyişdirilməsində aktiv iştirak etdik. Lakin bir məsələ var ki, o bizi daha çox narahat edir və bu istiqamətdə hələ ortaq məxrəcə gəlməmişik. Bu, pensiyaların bal ilə hesablanması məsələsidir. Bu məqam islahatın ən əsas bəndi və gələcək təqaüdçülər üçün ən mühüm sualdır: balın miqdar dəyəri neçə təşkil edəcək?"
Bu Rusiyanan pensiya islahatı ilə bağlı planlaşdırdığı bir layihə idi. Lakin bu gün beynəlxalq sanksiyalarla üzləşən Kreml artıq pensiya islahatına yenidən baxmaq niyyətindədir. Çünki dövlətin büdcəsi "qocalıq pensiyası"nı vermək iqtisadrında deyil. Büdcənin bir hissəsi Ukrayna ilə müharibəyə, separatçıların maliyyəlşməsinə xərclənir.
Rəsmi Moskva pensiya islahatını həyata keçirərsə, bu ölkədə yaşayan yüz minlərlə qocanın hüququnun pozulmasına gətirib çıxaracaq.
Rusiya Qərbin iqtisadi sanksiyalarından qorunmaq üçün milyarderlərinin həbsinə başlayıb. Məsələn, Qərb mətbuatı milyarder Yevtuşenkovun həbsini digər biznesmenləri təşvişə salacağı və Qərbin sanksiyalarını hiss edən Moskvanın yeni iqtisadi "qayda"ya keçməsi ilə bağlayıb. Yevtuşenkov Xodorkovski ilə müqayisə edilir...Amma o siyasi fiqur deyil.
"The Guardian" "Sistem" maaliyyə səhmdar korporasiyasının başçısı Vladimir Yevtuşenkovun həbsinin Rusiya iqtisadiyyatının gələcəyini təhlükə altına alacağını yazıb.
Xatırladaq ki, "Sistem"nın əsas rəhbəri milyarder Vladimir Yevtuşenkov 16 sentyabrda ev dustağı edilib. Müstəntiqlər ona qarşı "qeyri-qanuni yolla mülkün leqallaşdırılması" ittihamını irəli sürüblər. "Sistem" MSK-nın özündə isə Yevtuşenkova qarşı sürülən ittihamın "tam əsassız" olduğunu hesab edirlər.
"Yevtuşenkovun Xodorkovskidən fəqrqli olaraq siyasi füqur olmaması Rusiya biznesmenləri üçün xüsuslilə təşviş doğurucudur"- deyə "Qazeta.ru" yazıb. Qəzet əksinə olaraq Yevtuşenkovun məqsədli şəkildə neytral mövqedə dayandığını qeyd edir.
"The New York Times" isə Yevtuşenkovun ev həbsinə alınması Rusiya fond bazarına "zərbə dalğası" gətirdiyini xatırladır. Həşr onun müxalifət siyasətində iştirak etmədiyinə də diqqət çəkir: "Yevtuşenkov heç baxt siyasi mövzularda danışmayıb və siyasi aktivlik nümayiş etdirməyib".
"The Financial Times" bir sıra digər qərb qəzetləri kimi Yevtuşenkovun qəfil həbsini Xodorkovskinin işi ilə müqayisə edib. Qəzet sərmayəçi və analtiklərin fikrindən sitat gətirərək, geopolitik gərginliyin və Qərbin sanksiyalarının artmasının Moskvanı yeni iqtisadi "qayda" tətbiq etmək məcburiyyətində qoyduğunu yazır.