Alimlərin I Qurultayının tarixi müəyyənləşdi Dünya

Alimlərin I Qurultayının tarixi müəyyənləşdi

Tədbirin dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək

Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla bağlı keçirilən müşavirədə AMEA prezidenti, akademik Akif Əlizafdə bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır.
Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və "Azərbaycan Alimlərinin I Qurultayının materialları" adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.