Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
20 May 2020 13:06
1 932
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu 2012-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə baş tutan görüşü haqda danışıb. Sabiq nazir Suriyada baş tutan görüşlərdə Əsədi islahatlara dəvət etdiyini bildirib.
“2011-ci ilin yanvar ayından avqusta ayına qədər dəfələrlə Suriyaya getdim. Səkkiz ay ərzində həm Ərdoğan, həm də Abdullah Güllə Bəşər Əsədi yola gətirməyə çalışdıq. Son görüşümlə bağlı isə əfsanələr uydurulur.
2012-ci ilin avqust ayında Əsədlə təkbətək 6 saat davam edən bir görüşüm oldu. Bir niyyətim vardı: Misirdə rejim devrildi, Tunisdə devrildi, Suriyada isə biz sənin yanındayıq, amma islahatlar apar. Dedim ki, bu dalğanı keç, xalq səni sevir, biz də sənin yanındayıq. Ona zəmanət verdik”, - Davudoğlu bildirib.
Sabiq baş nazir medianın bu görüş haqda ağlasığmaz iddialar irəli sürdüyünü deyib: “Suriya kəşfiyyatına bağlı jurnalistlər də, bəzi iddialar irəli sürürlər. Deyirlər ki, Davudoğlu gedib Əsədə bəzi şeyləri diktə edib. O 6 saatlıq görüş dövlət sənədlərində qeyd olunub. Heç nə gizli deyil”.