Prezident İlham Əliyev Qarabağa səfər etdiyi üçün Slovakiya dövlət başçısına təşəkkür edib
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
İran ABŞ sanksiyalarının bərpa olunmasına baxmayaraq, neft ixracını davam etdirir
20 May 2020 13:18
2 835
31 oktyabr 2019-ci il tarixində Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi (HVAVO) “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu və insan hüquqları vəziyyətinə təsiri”, habelə “Rusiyanın Ermənistan, Moldova və Ukraynadakı hərbi mövcudluğu və insan hüquqlarının vəziyyətinə təsiri” mövzularında hesabatları təqdim edilib.
Hesabatlar Şərq tərəfdaşlığına aid (EAP) Ermənistan, Moldova, Ukrayna ölkələrini, Rusiyanın hərbi mövcudluğu, bunun nəticəsində insan hüquqlarının pozulması və dövlətlərarası sənədləri əhatə edir.
Ermənistanla bağlı hesabatda Ermənistan ilə Rusiya Federasiyası arasında imzalanan dövlətlərarası sənədlərlə tənzimlənən münasibətlər, Ermənistanda Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən hadisələr, Rusiya hərbi bazasının mövcudluğunun Ermənistandakı insan haqları vəziyyətinə təsiri ilə bağlı problemlər, habelə dövlətlərarası sənədlərin Ermənistan Konstitusiyasına uyğun olmaması məsələlərinə dair narahatlıq əhatə edir.
Ermənistanla bağlı hesabatda təqdim olunan məsələ və problemlərə dair məsul dövlət qurumlarının rəyini, şərhlərini əldə etmək niyyəti ilə 10 yanvar 2020-ci ildə HVAV ofisi tərəfindən qeyd olunan hesabatlar Ermənistan Baş naziri Nikol Paşinyana, Ermənistan Müdafiə naziri David Tonoyana, Ermənistan MM-in Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryana, Ermənistan parlementinin İnsan Hüquqlarının müdafiəsi və İctimai məsələlər üzrə Daimi Komissiyanın sədri Naira Zöhrabyana, Xarici İşlər Naziri Zöhrab Mnatsakanyana da göndərilib.
2020-ci il 3 may tarixinə olan məlumata görə, qeyd olunan 5 strukturdan yalnız 3-ü cavab göndərib.