Peskov Putinin rus xalqının ərazi hədiyyələri barədə fikrinə aydınlıq gətirib Dünya

Peskov Putinin rus xalqının ərazi hədiyyələri barədə fikrinə aydınlıq gətirib

“Rusiya Prezidenti Vladimir Putin rus xalqının geri qaytarılmalı olan ərazi hədiyyələri barədə danışarkən daha əvvəl konstitusiyada buraxılan sistemli səhvləri nəzərdə tutub”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Putinin "Rossiya 1" kanalında yayımlanan müsahibəsindəki "rus xalqının geri qaytarılmalı olan ərazi hədiyyələri" barədə fikrini dəqiqləşdirərkən deyib.
Onun sözlərinə görə, bu sözlər konstitusiyaya dəyişikliklər kontekstində səsləndirilib.
Rusiya Prezidentinin mətbuat katibindən məhz hansı ölkələrin torpaq hədiyyələrini qaytarmalı olduğunu da soruşublar.
“Putin hədiyyələrdən deyil, əvvəllər konstitusiyada buraxılmış sistemli səhvlərdən danışıb ki, burada dövlətimiz üçün mənfi nəticələrə səbəb olacaq bir sıra vəziyyətlər, bir sıra hadisələrin inkişaf variantları nəzərə alınmayıb. Putin məhz bu barədə danışıb”, - deyə D. Peskov izah edib.
“Prezident hesab edirmi ki, ölkədən kənarda da Rusiyaya birləşdirilməsi lazım olan ərazilər qalıb?” sualına isə Kremlin sözçüsü belə cavab verib: “Xeyr, prezident ərazilərin qalıb və ya qalmaması ilə bağlı heç nə deməyib. O, məhz konstitusiyadakı səhv hesablamalar barədə danışıb”.