Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
9 İyul 2020 12:27
3 185
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident Vladimir Putinlə münasibətləri barədə danışıb.
D. Medvedev “Komsomolskaya pravdaya” müsahibəsində “Baş Nazir postunu tərk etdikdən sonra V. Putinlə tez-tez və ya nadir hallarda ünsiyyətdə olursunuz?” sualına cavabında bildirib ki, onlar əvvəlki kimi isti yoldaşlıq münasibətlərini saxlayırlar və hər şey yaxşıdır.
“Bu sualı illərdir eşidirəm və təxminən eyni cür cavab verirəm. Bizim əvvəlki kimi isti yoldaşlıq münasibətlərimiz var”, - deyə o vurğulayıb.
Sabiq Baş Nazir qeyd edib ki, Prezident ölkənin birinci şəxsidir və o, V. Putinin müavini kimi Təhlükəsizlik Şurasının fəaliyyətinə, təhlükəsizlik məsələlərinin təmin edilməsinə cavabdehdir: “Məhz buna görə də biz müntəzəm olaraq müxtəlif formatlarda ünsiyyətdə oluruq, təhlükəsizlik sahəsində ən müxtəlif məsələləri, sosial və iqtisadi məsələləri müzakirə edirik”.
D. Medvedev xatırladıb ki, “Vahid Rusiya” partiyasının sədri kimi vaxtaşırı partiyanın problemləri ilə bağlı Prezidentə müraciət edir: “Xüsusən də iqtisadiyyatın, sosial sahənin, əmək və məşğulluğun bir sıra məsələlərinin dəstəklənməsinə dair təkliflərin hazırlanmasından söhbət gedəndə. Belə təklifləri mən ancaq Təhlükəsizlik Şurası sədrinin müavini kimi yox, həm də partiyanın rəhbəri kimi hazırlayıram. Bu mövzu ilə də bağlı ünsiyyətdə olmuşuq. Yəni ki, hər şey qaydasındadır. Hər şey yaxşıdır”.
11 Sentyabr 18:20
826
11 Sentyabr 18:11
805
11 Sentyabr 18:05
791