Rusiyada son sutkada 5 635 nəfər koronavirusa yoluxub Dünya

Rusiyada son sutkada 5 635 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 5 635 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 818 120 nəfərə çatıb.

Son sutka ərzində 85 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 354 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 603 329 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.