Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb Dünya

Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb

Qazaxıstan ötən sutka ərzində yeni növ koronavirusa daha 980 nəfər yoluxub.

"Kazinform"un verdiyi məlumata görə, yoluxma hallarının 502-si simptomsuzdur.

Aşkarlnan yeni yoluxma halları Nur Sultan (186), Almatı (175), Çimkənd (26) şəhərlərində, Akmolinsk (31), Aktyubinsk (2), Almatı (46), Atırau (44), Şərqi-Qazaxıstan (92), Jambıl (40), Qərbi-Qazaxıstan (58), Karaqanda (85), Kostanay (35), Qızılorda (33), Mnqistausk (33), Pavlodar (22), Şimali-Qazaxıstan (45), Türküstan (27) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 96 922 nəfər çatıb.