Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb Dünya

Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb

Ötən gün Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.

Bu barədə “Belta” məlumat yayıb.

Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.

Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.

Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.