Obama Putinə xəbərdarlıq etdi Dünya

Obama Putinə xəbərdarlıq etdi

ABŞ Rusiyaya Ukraynanın şərqinə qoşun yeritməklə bağlı xəbərdarlıq edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şiurasının açıqlamasında bildirilir.
Açıqlamaya görə, ABŞ separatçı Donetsk və Luqansk Xalq respublikalarında keçirilən seçkiləri tanımır və Rusiyanı qeyri qanuni seçkilərin nəticələrindən istifadə edərək Ukraynaya qoşun və hərbi texnika yeritməməyə çağırıb və xəbərdarlıq edib.
Qeyd edək ki, Ukraynanın rusiyayönlü separatçıların nəzarətində olan bölgəsində seçkilər keçirilib. Özlərini Luqansk və Donetsk vilayətlərinin rəsmiləri elan edən şəxslər bu seçkilərdə qondarma "xalqlar respublikası"üçün xalqlar şurası və liderlər seçəcəklər.
Ukrayna höküməti, ABŞ, Avropa Birliyi və BMT Baş Katibi Pan Gi Mun bu seçkiləri qeyri legitim adlandırıb.