Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
Elnur Bağırov: İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır
27 Oktyabr 2020 08:57
4 018
Son beş gündə dünyada koronavirusa yoluxanların sayı gündəlik 400 mindən çox artır. Bu, pandemiyanın başlamasından bəri yoluxmanın ən uzun müddətli intensiv artımıdır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST bildirir ki, dünyada 42 966 344 nəfər koronavirusa yoluxub və 1 152 604 nəfər bu xəstəlikdən ölüb. Son sutka ərzində virusa yoluxanların sayı 435,528 nəfər artıb.
Təşkilat dalbadal beşinci gün 400 mini nəfəri keçən göstəriciləri qeyd edir: 22 oktyabrda dünyada 442 890, 23 oktyabrda - 460 538, 24 oktyabrda - 478 700, 25 oktyabrda - 441 268 nəfər koronavirusa yoluxub.