Ukrayna ilə ÜST iki illik əməkdaşlıq müqaviləsi imzalayıblar Dünya

Ukrayna ilə ÜST iki illik əməkdaşlıq müqaviləsi imzalayıblar

Ukrayna Səhiyyə Nazirliyi Ümumdünyad Səhiyyə Təşkilatı (ÜST) ilə iki illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində Ukrayna səhiyyə naziri Maksim Stepanov xəbər verib.

M.Stepanov bildirib: "Ukrayna ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında iki illik əməkdaşlıq müqaviləsi imzalandı".

Onun sözlərinə görə, COVİD-19 pandemiyası səbəbilə müqavilə Kiyev və Kopenhagendə onlayn rejimdə imzalanıb.