“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
12 Noyabr 2020 13:02
2 289
İran parlamentində Təbriz, Azərşəhr və Usku şəhərlərini təmsil edən deputat Məhəmmədrza Mirtacəddini Azərbaycanı Qarabağ müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
APA-nın Tehran bürosunun məlumatına görə, iranlı deputat yaydığı müraciətdə iki qonşu ölkə arasında atəşkəsin bərpa edilməsindən və müharibənin başa çatmasından məmnunluğunu ifadə edib.
“Müsəlman Azərbaycan xalqını işğalçıların Azərbaycanın mühüm ərazilərindən çıxması münasibətilə təbrik edirəm. İlahi ənənələrə görə, işğal və zülm uğursuzluğa məhkumdur. Ali rəhbərin mövqeyinə görə, müəyyən edilmiş beynəlxalq sərhədləri müdafiə edirik. Sonda Dağlıq Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət və onların dəyərli ailələrinə başsağlığı veririk”, - deyə deputat qeyd edib.
30 Dekabr 18:03
1 218
30 Dekabr 17:54
1 120
30 Dekabr 16:38
1 211