Davudoğlu Ukraynaya gedir Dünya

Davudoğlu Ukraynaya gedir

Bu gün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya səfər edəcək. Bu barədə UNİAN-a Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti deportamentindən məlumat verilib.
Bundan əlavə Ukraynanın xarici işlər naziri Andrey Deşitsanın ötən gün türk həmkarı ilə telefon danışığı etdiyi açıqlanıb. Nazirlər Ukraynanın hazırki daxili siyasətini, eləc də Krımdakı vəziyyəti müzakirə ediblər. Deşitsa Davudoğlunu ölkəsinə səfərə dəvət edib.