

Gələn il üçün sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb
Gələn il beynəlxalq münasibətlərə və xarici yardımlara ayrılacaq vəsait məlum olub
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
Vilayət Eyvazov narkotiklə mübarizənin gücləndirilməsini tapşırıb
DİN: Vətəndaş müraciətlərinə baxılmasına nəzarət gücləndirilir
15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Uşaqların xərçəng xəstəliyi ilə mübarizə günü cəmiyyətin diqqətini bu məsələyə yönəltmək üçün 2002-ci ildən bəri qeyd olunur.
AZƏRTAC xəbər verir ki, İspaniyada hər il 14 yaşınadək olan 1100 uşağa xərçəng diaqnozu qoyulur. İnkişaf etmiş ölkələrdə xəstəlikdən baş verən uşaq ölümlərinin əsas səbəbi məhz xərçəngdir. Xərçəng uşaq ölümləri arasında qəzadan sonra ikinci ölüm səbəbidir.
Uşaqlarda ən çox leykemiyaya (uşaq xərçənginin əksər növlərinin 30 faizi), ondan sonra isə mərkəzi sinir sisteminin onkoloji xəstəliklərinə (22 faiz) rast gəlinir.
Lakin, xərçəng xəstəliyinə tutulmuş uşaqların 77 faizi müalicə olunur və bu rəqəm daim artır. Qeyd edək ki, bu göstərici 1980-ci ildə onkoloji halların yalnız 54 faizi həddində olub.