İran rəsmisi: D-8 üzv ölkələrinin mediası vahid informasiya platformasında birləşməlidir
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi
Çin Ukraynadakı münaqişə tərəflərinə heç vaxt silah verməyib
Türkiyə XİN Yunanıstanın dəniz səlahiyyət zonalarını pozan xəritəsinə etiraz edib
3 Mart 2021 14:47
2 877
İranda ötən sutka ərzində 86 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 60 353 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 8 525 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 656 699 nəfərə çatıb. Virus daşıyıcılarından 3 747 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 413 717 nəfər koronavirusdan sağalıb.