Almaniyada karantin rejiminin müddəti uzadılıb Dünya

Almaniyada karantin rejiminin müddəti uzadılıb

Almaniyada karantin rejiminin müddəti martın 28-dək uzadılıb, lakin yumşalmalar olacaq.

Trend-in məlumatına görə, bunu Berlində keçirilən mətbuat konfransı zamanı ölkənin kansleri Angela Merkel deyib.

A.Merkel bildirib: "Biz lokdaunun ləğv edilməsi üçün addımlar atmalıyıq, lakin diqqət etməliyik ki, bu addımlar bizi geri aparmasın. 2021-ci ildə bahar 2020-ci ilə nisbətən fərqli olacaq".

Onun sözlərinə görə, indi bəşəriyyət koronavirus haqqında ilk dalğadakından daha çox şey bilir, bu isə daha uyğun yanaşma imkanı verir.

İlk addım olaraq, artıq martın 8-dən etibarən kitab və gül mağazalarının, bağçılıq bazarlarının, kosmetik studiyaların və sürücülük məktəblərinin açılması planlaşdırılır. Martın 22-dən etibarən restoranlar, kinoteatrlar və pərakəndə mağazaların qismən açılması istisna edilmir. Bu, yalnız gigiyenik qaydalara ciddi riayət etməklə mümkün olacaq.