İranın vitse-prezidenti həbs edilib Dünya

İranın vitse-prezidenti həbs edilib

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri İsa Kəlantəri İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyniyə hörmətsizlik etmək ittihamı ilə 4 aylıq həbs edilib.

Trend-in məlumatına görə, bu qərarı İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi qərar verib.

Qərara əsasən, İranın vitse-prezidenti 2 il müddətinə siyasi partiyalara üzv ola bilməz, həmçinin ictimai fikri təşvişə salmaq məqsədilə şayiələr yaydığına görə, 40 milyon rial cərimə ödəməlidir.

Sözügedən qərarla bağlı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əsğər Daneşian bildirib ki, İranın vitse-prezidentinin həbsi ilə əlaqədar verilən qərar qəti deyil. Bununla əlaqədar apelyasiya məhkəməsinə şikayət olunacaq.

Qeyd edək ki, İranın vitse-prezidentinin İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni və İslam İnqilabının əsasları haqda açıqlaması müəyyən narazılıqlara yol açıb.

Ə.Daneşian qeyd olunan açıqlamanın müəyyən bir hissəsinin hazırlanaraq yayımlandığını və senzura edildiyini deyib.