Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
10 Mart 2021 09:42
1 477
Rusiya hərbçiləri ilə birgə təlimlərdə iştirak etmək üçün Belarus ordusunun 70-dən çox şəxsi heyəti Nijni Novqoroda gəlib.
APA xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərbi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı hər iki ölkənin hərbçilərinin iştirakı ilə İvanovo vilayətindəki hava limanında təntənəli mərasim keçirilib.
“Mulino” poliqonunda baş tutacaq hərbi təlimdə Rusiya və Belarus hərbçiləri hücum və müdafiə qabiliyyəti, pilotsuz təyyarələrə qarşı mübarizə, habelə motoatıcı bölmələrin, snayperlərin qarşılıqlı fəaliyyəti nümayiş etdirəcək. Təlimlərə “BTR-82A” zirehli personal daşıyıcıları, “BMP-2” döyüş maşınları və “T-72B3” tankları da cəlb ediləcək.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyindən bildirilib ki, sözügedən təlim iki dövlətin silahlı qüvvələrinin sentyabr ayında "Qərb-2021" şərti adı altında keçiriləcək birgə strateji təlimlərə hazırlıq məqsədilə reallaşdırılan növbəti mərhələdir.
26 Sentyabr 12:57
1 127
26 Sentyabr 12:51
1 106
25 Sentyabr 17:59
1 295