3 Yanvar 16:19
3 Yanvar 13:42
10 Mart 2021 16:12
2 583
Liviya Nümayəndələr Məclisi yeni hökumətə etimad göstərib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Məclisinin 133 üzvündən 132 nəfəri Baş nazir Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi və 26 nazirin yer aldığı hökumət kabinetinə etimad göstərib, 1 nəfər isə bitərəf qalıb.
Nümayəndələr Məclisinin sədri Akile Salih bildirib ki, məclisin hökumətə etimadı BMT-nin yol xəritəsində göstərilən seçkilərə qədər qüvvədədir.
Əbdülhəmid Dibeybe isə qeyd edib ki, bir daha müharibə olmayacaq və dövlət parçalanmayacaq.
Qeyd edək ki, BMT-nin yol xəritəsinə görə, Liviyada seçkilər 24 dekabr 2021-ci ilə qədər keçirilməlidir.
3 Yanvar 16:50
1 806
3 Yanvar 16:31
1 869
3 Yanvar 16:03
1 757