15 Yanvar 15:09
15 Yanvar 14:21
18 Mart 2021 13:47
3 206
Gürcüstan Prezidenti Salome Zurabişviliyə yeni növ koronavirus (COVID-19) əleyhinə “AstraZeneca” peyvəndi vurulub.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, S. Zurabişvili COVID-19-a qarşı Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasında peyvənd olunub.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. İlkin mərhələdə yalnız səhiyyə işçiləri peyvəndlənir. İndiki mərhələdə 2 719 həkim peyvənd edilib. Vaksinasiya prosesində martın 13-də ölkəyə gətirilən “AstraZeneca” peyvəndlərindən istifadə edilir.