Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
27 Aprel 2021 11:14
3 374
“Bloomberg” COVID-19 pandemiyası dövründə səyahət üçün ən təhlükəsiz ölkələrin adlarını açıqlayıb.
APA-nın məlumatına görə, budəfəki siyahıda Sinqapur 79,7 balla Yeni Zelandiyanı geridə qoyaraq, liderliyə yüksəlib.
Sinqapurun reytinq cədvəlində ön pilləni tutmasına səbəb kimi ölkə daxilində vaksinasiyanın sürətlənməsi və COVID-19-un yayılmasına qarşı effektiv mübarizə tədbirlərinin təşkili göstərilir.
Avstraliya və İsrail isə 3-cü və 4-cü yerləri bölüşürlər.
Pandemiya dövründə Almaniya, Portuqaliya, İspaniya, İrlandiya və Avstriya da təhlükəsiz ölkələrin siyahısında yer alıb. Siyahını Argentina və Polşa davam etdirir. Braziliya isə 39,1 balla adıçəkilən siyahıda sonuncudur.
Rusiya isə 53 ölkə arasında 22-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəli hazırlanarkən yoluxanların ümumi sayı, ölüm hallarının statistikası, aparılan testlərin həcmi və vaksinasiya tempi nəzərə alınır.
12 Sentyabr 13:19
833
12 Sentyabr 11:52
882
12 Sentyabr 11:19
910