Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
4 May 2021 08:54
3 192
Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasını vacib sayır.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyalı həmkarı Nəclə Manquş ilə Tripolidə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir deyib: "Biz Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına böyük əhəmiyyət veririk".
M. Çavuşoğlu xatırladıb ki, Türkiyə hər zaman çətin anlarda Liviya xalqını və qanuni seçilmiş hökumətlərini dəstəkləyib.
Türk diplomatiyasının başçısı danışıqlar zamanı Türkiyə və Liviya xarici işlər nazirlərinin iqtisadi əməkdaşlıq, Liviya iqtisadiyyatına yatırımlar və ikitərəfli ticarət əlaqələri mövzusuna toxunduqlarını və ayrıca türk özəl sektorunun Liviyaya dönməsini müzakirə etdiklərini bildirib.