28 Oktyabr 12:30
4 May 2021 11:06
3 584
Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum deyib.
Onun sözlərinə görə, 49 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 7 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd edək ki, Mexiko metrosunda yanvar ayında da ciddi qəza baş vermişdi. Həmin hadisə nəticəsində 1 nəfər həlak olmuş, 29 nəfər xəsarət almışdı. Qəzadan sonra Mexiko metrosu 3 gün fəaliyyətini dayandırmışdı.
28 Oktyabr 21:34
896
28 Oktyabr 21:03
882
28 Oktyabr 20:29
931