Ermənistanın güləşçiləri U-17 sərbəst güləş millisi dünya çempionatı üçün Bakıya gəlib
İtaliyada etirazçılarla toqquşmalarda 60-dan çox polis xəsarət alıb
İran və Oman Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə ediblər
Əraqçı: İran Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlara dəstək verməyə hazırdır
10:09
315
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Ağ Evdəki iclasda İranla hərbi münaqişənin gərginləşməsi ehtimalı ilə bağlı narahatlığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, iyulun 24-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən iclasda Vens və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn münaqişənin potensial eskalasiyası ilə bağlı öz narahatlıqlarını dilə gətiriblər. "CNN" qeyd edir ki, Keyn əməliyyatın genişlənməsinin Amerikanın döyüş sursatı ehtiyatlarını daha da tükəndirəcəyinə diqqət çəkib.
Pentaqondakı mənbə telekanala "əməliyyatların dayandırıldığını" təsdiqləyib. Hərbi nazirliyi İrana zərbələr endirilməsində fasilə götürməyə nəyin vadar etdiyi dəqiq məlum deyil. "CNN"in məlumatına görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasına müraciət edərək İranla münaqişədə təmkinli olmağı xahiş ediblər. Mənbələrdən birinin bildirdiyinə görə, Tramp məxfi şəkildə amerikalı danışıqçılara Tehranla təmasları davam etdirməyi tapşırıb.
Məryəm Quliyeva