Ermənistanın güləşçiləri U-17 sərbəst güləş millisi dünya çempionatı üçün Bakıya gəlib
İtaliyada etirazçılarla toqquşmalarda 60-dan çox polis xəsarət alıb
İran və Oman Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə ediblər
Əraqçı: İran Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlara dəstək verməyə hazırdır
10:06
357
Rusiya qoşunları bu gün səhər saatlarında Krivoy Roqda yerləşən ticarət mərkəzini "Shahed" tipli pilotsuz uçuş aparatı ilə vurub.
Ukrayna mediasının verdiyi məlumata görə, hücum nəticəsində şəhərdə yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumatına görə, saat 06:50 radələrində Ukrayna Hərbi Hava Qüvvələri "Shahed" tipli uçuş aparatlarının Krivoy Roq istiqamətində hərəkət etdiyini açıqlayıb. Bir neçə dəqiqə sonra şəhərdə partlayış səsləri eşidilib. Daha sonra daha bir neçə zərbə PUA-sının şəhərə doğru istiqamətləndiyi bildirilib.
Vilayət Hərbi Administrasiyası sonradan təsdiqləyib ki, hücum nəticəsində ticarət mərkəzində yanğın başlayıb. Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.