Ermənistanın güləşçiləri U-17 sərbəst güləş millisi dünya çempionatı üçün Bakıya gəlib
İtaliyada etirazçılarla toqquşmalarda 60-dan çox polis xəsarət alıb
İran və Oman Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə ediblər
Əraqçı: İran Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlara dəstək verməyə hazırdır
10:12
322
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini müvəqqəti olaraq təxirə salmaq qərarına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, iyulun 24-də Amerika lideri məsləhətçiləri və yüksəkrütbəli rəsmilərlə iclas keçirib. Əsas müzakirə mövzusu Yaxın Şərqdə "Patriot" kompleksləri üçün tutucu raketlərin və digər HHM sistemləri üçün döyüş sursatlarının çatışmazlığı olub. Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn xəbərdarlıq edib ki, miqyaslı zərbələr Mərkəzi Komandanlığı kritik vacib ehtiyatlardan məhrum edə bilər.
Qəzetin mənbələri qeyd edir ki, Trampın ətrafında eskalasiya tərəfdarları çox azdır. Rəsmilərdən biri bildirib ki, hücumlar yalnız İran cəmiyyətinin həmrəyliyini artırır və danışıqları yaxınlaşdırmır.
"The New York Times" yekun olaraq bildirir ki, ABŞ administrasiyası müharibənin genişlənməsindən, İranın hücumlarına qarşı həssas olan Fars körfəzindəki müttəfiqlərlə münasibətlərin mürəkkəbləşməsindən, həmçinin energetika və miqrasiya böhranının dərinləşməsindən ehtiyat edir.
Məryəm Quliyeva