Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
Türkiyə nümayəndə heyəti DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
21 May 2021 09:19
2 023
ABŞ Yaxın Şərqdə mövcud qan tökülməsinin əvvəlki illərdə olduğu kimi uzanmasının qarşısını almağa çalışır.
TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqin münaqişə bölgəsindəki vəziyyətlə bağlı qısa açıqlama verərkən bildirib.
O, ABŞ-ın Qəzza zolağı sakinlərinə humanitar yardım çatdırmaq və anklavı bərpa etmək üçün BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqa sadiq olduğunu söyləyib.
C. Bayden deyib: "Hesab edirəm ki, fələstinlilər və israillilər eyni tərzdə təhlükəsizlikdə yaşamağa, azadlıqdan, [iqtisadi] firavanlıqdan və demokratiyadan zövq almağa layiqdirlər. Mənim administrasiyam bu cür hədəflərə çatmaq üçün sakit, səngiməz diplomatiya ilə məşğul olmağa davam edəcək. Hesab edirəm ki, irəliləmək üçün əsl əlverişli fürsətimiz var .Və bu istiqamətdə çalışmağa sadiqəm".