“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
3 İyun 2021 08:51
2 408
ABŞ-ın “Microsoft” şirkəti 24 iyun tarixində “Windows” əməliyyat sisteminin (ƏS) yeni versiyasını təqdim etməyə hazırlaşır.
“Bloomberg”ın verdiyi xəbərə görə, bu barədə şirkətin icraçı direktoru Satya Nadella tərəfindən imzalanmış təqdimat mərasiminin dəvətnamələrində qeyd olunub.
Məlumata görə, yeni proqram təminatı fərdi kompüterlər üçün əməliyyat sistemləri sahəsində onilliyin “ən əhəmiyyətli” dəyişikliklərindən birini özündə əks etdirir. Əməliyyat sistemində dizayn yenilənəcək, “Microsoft Store” tətbiqlər mağazasında tərtibatçılar üçün əlavə imkanlar yaradılacaq və istifadəçilərin qarşılıqlı əlaqəsi üçün daha asan yollar təqdim olunacaq.
Proqram əvvəlcə “Windows” insayderləri arasında – təqdimatdan sonra proqram testində iştirak etmək üçün müraciət edəcək insanlara paylanılacaq. “Bloomberg” qeyd edir ki, yeni versiya bu ilin payızında bazara çıxacaq.
8 Sentyabr 20:44
672
8 Sentyabr 17:13
896
8 Sentyabr 17:10
721