İranda ötən sutka 166 nəfər koronavirusdan ölüb Dünya

İranda ötən sutka 166 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 166 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 86 207 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 22 750 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 417 029 nəfərə çatıb. Virus daşıyıcılarından 3 866 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 056 160 nəfər koronavirusdan sağalıb, 24,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə ölkədə 7,27 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,16 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 143 rayon qırmızı və 186 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 119 rayon sarı zona hesab olunur.