Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
11 Avqust 2021 09:14
4 123
Meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik.
Trend-in yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Muğla Böhran Mərkəzində media mənsublarına açıqlamasında ifadə edib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.
Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.
Nazir Bekir Pakdemirli jurnalistlər qarşısına general-leytenant Etibar Mirzəyev ilə birlikdə çıxıb.
26 Sentyabr 12:57
924
26 Sentyabr 12:51
896
25 Sentyabr 17:59
1 106