Türkiyədə son sutkada koronavirusdan 15 537 nəfər sağalıb Dünya

Türkiyədə son sutkada koronavirusdan 15 537 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 168 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 295 206 nəfər test edilib, 19 944 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 537 nəfər sağalıb.