ABŞ-da COVID-19 qurbanlarının sayı İspan qripindən ölənlərin sayını ötüb Dünya

ABŞ-da COVID-19 qurbanlarının sayı İspan qripindən ölənlərin sayını ötüb

Con Hopkins Universiteti ABŞ-da koronavirus pandemiyasından ölənlərin sayı ilə bağlı məlumatları açıqlayıb.

Qurumun əməkdaşları ölənlərin sayını XX əsrin əvvəllərində İspan qripi epidemiyası qurbanlarının sayı ilə müqayisə edib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri bildirib ki, 1918-1919-cu illərdə İspan qripi epidemiyasının qurbanlarının sayı 675 min nəfər olub. Hazırda koronavirusun səbəb olduğu ağırlaşmalardan ölənlərin sayı 675 885 nəfər təşkil edir.

Universitetdə qeyd ediblər ki, "Delta" ştammının yayılması fonunda koronavirusdan ölənlərin sayı artıb.