ABŞ hərbçiləri arasında intiharların sayı artır Dünya

ABŞ hərbçiləri arasında intiharların sayı artır

ABŞ Müdafiə Nazirliyi hərbi qulluqçularının arasında intiharlar sayının artımını qeydə alıb.

Bu barədə Pentaqonun illik məruzəsində deyilib.

Bildirilir ki, 2020-ci ildə 580 hərbçi intihar edib.

Məlumata əsasən, ötən il hərbi hissələrdə 384 hərbçi, o cümlədən quru qoşunlarında - 175, Hərbi Hava Qüvvələrində - 81, Hərbi Dəniz Qüvvələrində - 66 və Piyada Dəniz Qoşunu Korpusunda 62 nəfər özünə qəsd edib. Eyni zamanda Milli qvardiyanın və ehtiyatda olan döyüşçülər arasında 196 intihar qeydə alınıb.

Hesabatda deyilir: "Etiraf edirik ki, göstəricilər istənilən istiqamətdə dəyişmir və ordunun bütün bölmələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiqləyirik".

Daha əvvəlki illərə aid statistikada 2018-ci ildə Amerikanın 541, 2019-cu ildə 498 hərbi qulluqçusunun intihar etdikləri göstərilir. İntihara sövq edən əsas amillər kimi həyatda gerçəkləşməyən ümidlər, uğursuz evlilik, maddi çətinliklər və stres kimi şəxsi problemlər göstərilir.