ABŞ Əşrəf Qaninin Əfqanıstandan qaçdığını araşdırır Dünya

ABŞ Əşrəf Qaninin Əfqanıstandan qaçdığını araşdırır

"Xalq Cəbhəsi" "RİA Novosti" yə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin ölkənin "Taliban" tərəfindən ələ keçirilməzdən əvvəl milyonlarla dolları götürüb qaçması ilə bağlı məlumatları öyrənir.

ABŞ-ın Əfqanıstanda yenidənqurma üzrə baş müfəttişi Con Sopko bununla bağlı bütün məlumatları araşdırdığını söyləyib:

"Bunu hələ sübut etməmişik, ancaq bu məlumatları öyrənirik. Nəzarət və islahatlar komitəsindən (ABŞ Nümayəndələr Palatası) bizdən bu barədə soruşublar". Bir müddət əvvəl eks-prezident Əfqanıstan vətəndaşlarına məxsus külli miqdarda pul çıxardığı barədə ittihamları rədd etmişdi. Onun xəzinədən 169 milyon ABŞ dolları oğurladığı barədə məlumatlar var.

Cavid