Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
11 Oktyabr 2021 09:07
3 136
ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərində polis əməkdaşları barda atışma törədərək bir nəfəri öldürməkdə şübhəli bilinən 3 nəfəri saxlayıblar.
APA "CNN"-ə istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində məlumat yer alıb.
Bildirilir ki, saxlanılan şəxslərdən bəziləri hadisə nəticəsində aldıqları xəsarət səbəbindən xəstəxanadadırlar. Xəstəxanadan buraxıldıqdan sonra onların hər üçü ittiham elan olunana qədər şəhər həbsxanasına salınacaqlar.
Polis hadisədə 3 nəfərin tutulmasına baxmayaraq, araşdırmanın bitmədiyini açıqlayıb. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, Sent-Pol şəhərinin məhəllələrindən birində naməlum şəxslər barda silahlı insident törədiblər. Nəticədə azı 14 nəfər yaralanıb, 20 yaşlı bir qadın ölüb.