Rusiyada dostunu yandıran 17 yaşlı yeniyetmə 2 il şərti həbs cəzasına məhkum edilib Dünya

Rusiyada dostunu yandıran 17 yaşlı yeniyetmə 2 il şərti həbs cəzasına məhkum edilib

Rusiyada Ryazan vilayət məhkəməsi 13 yaşlı yeniyetməni benzin tökərək yandırmaqda təqsirli bilinən 17 yaşlı oğlana 2 il şərti həbs cəzasına məhkum edib.

Bu barədə vilayətin İstintaq Komitəsi məlumat yayıb.

Yeniyetmə məhkəmədə bunun bədbəxt hadisə olduğunu deyərək günahını qismən etiraf edib.

Xatırladaq ki, hadisə 2020-ci ilin aprel ayında Skopinski rayonunun Pavelets stansiyası ərazisində baş verib. Təqsirləndirilən şəxs sərxoş halda dostu ilə mübahisə edib, onun üzərinə benzin tökərək yandırıb. Nəticədə oğlanın bədən səthinin 33 %-i yanıb.