Biz adekvat cavab gözləyirik - Səfir Dünya

Biz adekvat cavab gözləyirik - Səfir

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskva Vaşinqton və onun müttəfiqlərindən Avropanın təhlükəsizlik təklifinə əsaslandırılmış yazılı cavab gözləyir.
"Biz vəziyyəti böhrandan çıxarmaq üçün təşəbbüslərimizi təqdim etdik. Yanvarın 10-da Cenevrədə, yanvarın 12-də isə Brüsseldə Rusiya-NATO Şurası çərçivəsində izahat verdik. Biz adekvat cavab gözləyirik, lakin populist bəyanatlar şəklində deyil, əsaslandırılmış yazılı təkliflər formasında”.
Antonovun sözlərinə görə, Vaşinqton danışıqlarda öz nöqteyi-nəzərini mübahisə etmək iqtidarında deyil.
"İnsanda belə bir təəssürat yaranır ki, amerikalı siyasətçilər "Rusiyanın Ukraynaya gözlənilən işğalı" mifini mətbuat vasitəsi ilə ortaya atıblar və indi öz fobiyalarına qalib gəliblər. Üstəlik, qanunvericilərin ölkəmizi daha ağrılı şəkildə cəzalandırmaq tələblərinin arxasında bir də Avropa təhlükəsizliyi üzrə davam edən danışıqlar fonunda Rusiyaya təsir göstərməyə cəhdi var”, - səfir əlavə edib.
Cavid